Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qalib Azərbaycan!” mövzusunda  tədbir keçirildi

05.11.2021

05.11.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxananın Uşaq şöbəsi,2 saylı şəhər tam orta məktəbində “44 günlük Vətən müharibəsinin başa çatmasının birinci ildönümü ” ilə əlaqədar ”Qalib Azərbaycan!” mövzusunda  tədbir keçirildi.Tədbirdə Vətən müharibəsi şəhidi  Kənan Feruz oğlu Yusibovun anası Mahirə xanım Əliyeva və qazilər iştirak edirdi.

Tədbiri   Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova açaraq iştirakçıları salamladı və bütün  Azərbaycan şəhidlərinin  xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.O , sonra bu günlər xalqımızın  2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-a dək davam edən 44- günlük  2-ci Qarabağ  Vətən müharibəsində Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun qazandığı tarixi Qələbəmizin birinci ildönümünün qeyd edilməsindən danışdı.

Şəhər 2 saylı tam orta məktəbin müəllimi Münəvvər xanım Əhmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ,sərancamı ilə ikinci Qarabağ  Müharibəsində qədim Mədəniyyət paytaxtımız Şuşa şəhərinin işğaldan azad olunduğu 8 noyabr 2020-ci il tarixinin” Zəfər günü” elan olunmasından danışdı.

Sonra söz şəhid Kənan Yusibovun  anası Mahirə xanıma verildi. O,çıxışında bildirdi ki , Azərbaycan xalqı  bu tarixi qələbəni otuz ildir ki,gözləyirdi. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə güclü Ordumuz erməni işğalçılarının əsarətində olan Qarabağ torpaqlarını işğaldan azad etdi.Bu gün mən bir şəhid anası olaraq fəxr edirəm ki məhz bizim böyütdüyümüz mərd,qeyrətli oğulların sayəsində bu zəfərə qovuşduq və Ali Baş Komandanın ətrafında sıx birləşdik , bu qələbəyə nail olduq.Vətən müharibəsinin iştirakçısı, qazi Abdullayev Eldəniz Azərbaycan əsgərinin şanlı döyüş yollarından danışdı, çıxışında qeyd etdi ki,xalqımız “Zəfər günü “nü böyük sevinc və qürur hissi ilə qeyd edir .Tədbirdə 44 günlük Vətən müharibəsinin iştirakciların Məhərrəmov Rəşad, Təmirəzov Ruhin, Namazov Sabir Azərbaycan əsgərinin şərəfli döyüş yolundan danışdılar.Tədbirdə  2 saylı tam orta məktəbin şagirdləri, hərbi- vətənpərvəlik mövzusunda  şer söylədilər, mahnı oxudular. Məktəblilərin hazırladıqları " Başını Diktut-Şəhid Anası" adlı səhnəcikdə iştirakcılara təqdim olundu.

 

195.5 KB

 

144.5 KB

 

137.3 KB